Bakıda COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) noyabrın 13-də Sammiti keçirilir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edir.
COP29-a ev sahibliyi edən ölkə olaraq, Azərbaycanın inkişaf edən kiçik ada ölkələri ilə əməkdaşlığı daha yüksək səviyyəyə qalxıb. Onların səsi bu gün qlobal səhnədə eşidilməlidir.
Bu fikri Prezident İlham Əliyev COP29 çərçivəsində noyabrın 13-də keçirilən İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) Sammitində çıxışı zamanı səsləndirib.
“Mən inkişaf etmiş ölkələrə, xüsusən də müstəmləkə keçmişi olan ölkələrə kiçik ada ölkələrinə yardım etmələri üçün müraciət edirəm”, - deyə dövlət başçısı bildirib.