Gürcüstan Azərbaycan və Ermənistan arasında danışıqlara töhfə vermək üçün daha fəal rol oynamağa ehtiyac yaranarsa, buna hazırdır.
“Report” Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin Baş naziri İrakli Kobaхidze COP29-un kuluarlarında bildirib.
"Biz Azərbaycan və Gürcüstan arasındakı dostluq münasibətləri ilə fəxr edirik. Əgər iki ölkə arasında danışıqlara töhfə vermək üçün daha fəal rol oynamağımıza ehtiyac yaranarsa, biz buna hazırıq", - o vurğulayıb.