Beynəlxalq Ciu-Citsu Federasiyasının Azərbaycandakı rəsmi təmsilçisi bəlli olub
CƏMİYYƏT
14:20
30.09.2024
Baxılıb: 1078
Beynəlxalq Ciu-Citsu Federasiyasının Azərbaycandakı rəsmi təmsilçisi bəlli olub

Azərbaycan Yapon Döyüş Növləri və Mədəniyyəti Assosiasiyası (YDNMA) Beynəlxalq Ciu-Citsu Federasiyasının Azərbaycandakı rəsmi təmsilçisi olub.

"Report" xəbər verir ki, qurumun İdarə Heyətinin iclasında YDNMA-nın Beynəlxalq Ciu-citsu Federasiyasının üzvü kimi ölkəmizdə bu idman növünün rəsmi təmsilçisi olması ilə bağlı qərar qəbul edilib.

YDNMA-nın tərkibində ciu-citsu sektoru yaradılıb. Sektorun müdiri vəzifəsinə Əli Cəfərov təyin olunub. YDNMA-nın prezidenti Atil Ağamirov tərəfindən Əli Cəfərova bu idman növünü daha da inkişaf etdirmək üçün zəruri işlərin görülməsi tapşırığı verilib. İclasda həmçinin cari ilin sonunda ciu-citsu üzrə keçiriləcək Azərbaycan çempionatına hazırlıq işləri də müzakirə olunub.

Elşad Kərimov YDNMA-nın baş katibi vəzifəsinə seçilib.

Qeyd edək ki, assosiasiya 2022-ci il oktyabrın 31-də Gənclər və İdman Nazirliyi tərəfindən akkreditasiyadan keçib. YDNMA-nın məqsədi Azərbaycanda olan və gələcəkdə yaradılacaq yapon döyüş növlərinin inkişaf etdirilməsidir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
"Politico": Çin iqlim siyasəti yarışında ABŞ və Aİ-ni üstələyir
23:08
“İqtisadi fəaliyyət növləri üzrə vergi münasibətlərinin vahid standartları” yenidən təsdiq olunub
23:06
WP: Tramp ona qarşı ittiham irəli sürmüş prokurorun komandasını işdən çıxarmaq istəyir
22:53
Kyodo: Tokio hərbi-sənaye kompleksinin inkişaf strategiyasının hazırlanmasına başlayıb
22:45
Tramp maliyyə naziri vəzifəsinə investor Bessenti təklif edib
13:20
Aİ və Çin elektromobillərdə rüsumların ləğvi ilə bağlı razılığa yaxındırlar
11:10
Kanadada 9 ildə ən böyük qızılca alovlanması qeydə alınıb
03:38
Belçika səfirliyi COP29 barədə: İnanılmaz əməkdaşlığın şahidi olduq
02:42
Medvedev: Tramp Ukrayna münaqişəsinə son verə bilər
02:41
Afinadakı səfir Aqrobiznes Forumunda iştirakçılara COP29-un yekunları barədə məlumat verib
01:19
İstanbulda Azərbaycan vətəndaşında 70 kq qızıl aşkarlanıb
00:48
Paşinyan: İrəvan Bakıya Aİ missiyasının delimatasiya olunacaq ərazidə fəaliyyət göstərməməsini təklif edib
00:47
Trampın keçid komandası seçilmiş prezidentə qarşı işin dayandırıldığını açıqlayıb
00:29
Putin “Oreşnik” sisteminin seriyalı istehsalını elan edib
00:23
Azərbaycan “Şimal-Cənub” dəhlizinin bir hissəsinin bərpası çərçivəsində ADB ilə kredit sazişi imzalayıb
00:21
Qəzza zolağında cəsədləri tapılan və dağıntılar altında qalanların sayı 43 mini keçə bilər
07:35
Senat Tramp administrasiyasına namizədləri tez bir zamanda təsdiq etmək niyyətindədir
07:32
Almaniyada kanslerin sözləri parlamentariləri güldürüb
07:30
Polşada prezident seçkilərinin tarixi 2025-ci il yanvarın əvvəlində məlum olacaq
07:29
Dünyada 820 milyondan çox insan diabetdən əziyyət çəkir
07:28