Bakı aeroportunda təhlükəsizlik tədbirlərinin gücləndirilməsi müzakirə olunub
CƏMİYYƏT
12:41
17.10.2024
Baxılıb: 727
Bakı aeroportunda təhlükəsizlik tədbirlərinin gücləndirilməsi müzakirə olunub

Heydər Əliyev Beynəlxalq Aeroportunda təhlükəsizlik tədbirlərinin gücləndirilməsi müzakirə olunub.

"Report" bu barədə hava limanına istinadən xəbər verir.

Məlumata görə, aeroportda Aviasiya Təhlükəsizliyi üzrə Aeroport İdarələrarası Komissiyasının 7-ci iclası keçirilib. Tədbirdə “Azərbaycan Hava Yolları” QSC, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Mülki Aviasiya Agentliyi, eləcə də hava nəqliyyatı sahəsində güc strukturlarının və digər aviasiya subyektlərinin rəhbər heyəti iştirak ediblər.

İclasda mülki aviasiya təhlükəsizliyinin gücləndirilməsi və sərnişinlərin təhlükəsizliyinin ən yüksək səviyyədə təmin edilməsi əsas müzakirə mövzusu olub. Bu istiqamətdə qanunsuz müdaxilə aktlarına qarşı ilkin cavab tədbirlərini özündə əks etdirən Təlim Planı, təhlükəsizlik zonalarının optimallaşdırılması və təhdidlərin qiymətləndirilməsi ilə bağlı geniş müzakirələr aparılıb. Aviasiya təhlükəsizliyinin davamlı inkişafı üçün müvafiq qurumlar arasında əməkdaşlığın əhəmiyyəti vurğulanıb.

Eyni zamanda, tədbirdə Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP29) zamanı təhlükəsizlik tədbirlərinin gücləndirilməsi mövzusu ətrafında da fikir mübadiləsi aparılıb. Konfrans müddətində sərnişin axınına nəzarət, risklərin effektiv idarə olunması üçün əlavə tədbirlər müzakirə edilib.

Bu kimi mütəmadi keçirilən görüşlər mülki aviasiyasının təhlükəsizliyinin beynəlxalq standartlara uyğun inkişaf etdirilməsinə və mümkün təhdidlərə qarşı qabaqlayıcı tədbirlərin vaxtında həyata keçirilməsinə mühüm töhfə verir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
Qəzza zolağında cəsədləri tapılan və dağıntılar altında qalanların sayı 43 mini keçə bilər
07:35
Senat Tramp administrasiyasına namizədləri tez bir zamanda təsdiq etmək niyyətindədir
07:32
Almaniyada kanslerin sözləri parlamentariləri güldürüb
07:30
Polşada prezident seçkilərinin tarixi 2025-ci il yanvarın əvvəlində məlum olacaq
07:29
Dünyada 820 milyondan çox insan diabetdən əziyyət çəkir
07:28
İsrail ordusunun itkiləri 792 nəfərə çatıb
01:52
Ronaldinyo COP29 məkanında AZCHEMCO pavilyonunu ziyarət edib
01:51
Borrell Qərbi Rusiyanın dondurulmuş aktivlərini müsadirə etməyə çağırıb
00:00
Polşanın şimalında ABŞ-nin raketdən müdafiə bazası açılıb
00:00
Trampın dörd əsas məsləhətçisinin adı açıqlanıb
00:00
Mark Rüttedən etiraf: Ukrayna Rusiya ilə cəbhədə məğlub olur
00:00
Daxili İşlər Nazirliyinin ciddi kadr problemlərinin olduğu göz qabağındadır
00:00
Türkiyə və Rusiya XİN rəhbərləri regional məsələləri müzakirə ediblər
00:00
Lavrov: Trampın gəlişi ABŞ-ın Ukraynadakı vəziyyətə münasibətini dəyişməyəcək
00:00
Senator Con Tun ABŞ Konqresinin yuxarı palatasında Respublikaçılar çoxluğun lideri seçilib
00:00
KİV: Tramp Ukrayna üzrə xüsusi elçi təyin etməyi planlaşdırır
00:00
Azərbaycan və BYD elektrikli avtobus istehsalının lokallaşdırılmasına dair sənəd imzalayıb
16:25
Azərbaycan Prezidenti Fransanın dənizaşırı ərazilərdə törətdiyi cinayətlərdən danışıb
16:19
Bakı və İrəvan arasında danışıqlara töhfə vermək üçün fəal rol oynamağa hazırıq
15:53
Bakıda COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) noyabrın 13-də Sammiti keçirilir
15:50