Avropa İttifaqının Rusiyaya qarşı sanksiyalarının 12-ci paketinə rus briliyantlarının idxalına qadağa da daxil olacaq. Bunu Belçikanın Baş naziri Aleksandr De Kroo Brüsseldə ölkənin Avropa İttifaqı Şurasına sədrliyinin başlanmasına həsr olunmuş mətbuat konfransında deyib.
Nazir mətbuat konfransında bildirib ki, növbəti sanksiyalar paketində ən mühüm elementlərdən biri arasında Rusiya brilyantlarının G7 ölkələrinin bazarlarında satışına qadağa qoyulmasıdır.
Qeyd edək ki, Dekabrın 6-da “Yeddilik Qrupu” ölkələri 2024-cü il yanvarın 1-dən Rusiyada hasil edilən və ya emal edilən brilyantların idxalına məhdudiyyətlər tətbiq edəcəklərini, martın 1-dən isə digər ölkələrdə emal edilmiş Rusiya brilyantlarına da məhdudiyyətlərin qüvvəyə minəcəyini açıqlayıb.
Sanksiyanın effektivliyini təmin etmək üçün brilyantların yoxlanılmasına və sertifikatlaşdırılmasına imkan verən mexanizm yaradılacaq.