Daşkənddə informasiya təhlükəsizliyi məsələlərinə dair Azərbaycan-Özbəkistan Media Forumu keçirilir
İQTİSADİYYAT
13:00
24.09.2024
Baxılıb: 1852
Daşkənddə informasiya təhlükəsizliyi məsələlərinə dair Azərbaycan-Özbəkistan Media Forumu keçirilir

Özbəkistanın paytaxtı Daşkənddə keçirilən “Rəqəmsal əsrdə həqiqət axtarışında: dezinformasiya ilə mübarizə” mövzusunda Azərbaycan-Özbəkistan Media Forumu keçirilir.

"Report"un Özbəkistana ezam olunmuş əməkdaşı xəbər verir ki, foruma iki ölkənin media nümayəndələri, ekspertləri və dövlət xadimləri informasiya təhlükəsizliyi sahəsində aktual məsələləri və süni intellektin media fəaliyyətinə təsirini müzakirə etmək üçün toplaşıb.

Tədbirin açılışında Azərbaycan tərəfdən Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov və Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin Kütləvi informasiya vasitələri ilə iş sektorunun müdiri Kamran Həsənov salamlama nitqi ilə çıxış ediblər.

Ə.İsmayılov qeyd edib ki, Azərbaycan və Özbəkistanın media subyektləri arasında əməkdaşlığın gücləndirilməsi istiqamətində fəal iş aparılır. O bildirib ki, buna Azərbaycan və Özbəkistan prezidentləri İlham Əliyev və Şavkat Mirziyoyevin siyasi iradəsi böyük töhfə verir:

“Müttəfiqlik əlaqələri də öz növbəsində media sahəsində qarşılıqlı əməkdaşlığın inkişafına, fundamental layihələrin həyata keçirilməsinə ciddi təkan verir. 2022-ci il iyunun 20-də Daşkənd şəhərində keçirilən Özbəkistan-Azərbaycan Biznes Forumu çərçivəsində “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi ilə Özbəkistan Respublikası Prezidentinin Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiya Agentliyi arasında Anlaşma Memorandumu”nun imzalanması müvafiq sahədə fəaliyyətimizin canlanmasına ciddi stimul verib”.

K.Həsənov qeyd edib ki, etibarsız məlumatların çox olduğu müasir dünyada daha məsuliyyətli və məlumatlı jurnalist cəmiyyətinin formalaşdırılması son dərəcə vacibdir.

O vurğulayıb ki, son illər etibarsız məlumatların sayı on dəfə artıb və təsadüfi deyil ki, bu gün bir çoxları dezinformasiyanı əsas dünya təhdidlərindən biri hesab edir:

“Etibarsız məlumatların sayı o qədər sürətlə artır ki, ənənəvi dəqiqləşdirmə üsulları artıq bu axınla ayaqlaşa bilmir. Süni intellekt texnologiyalarının inkişafı isə vəziyyəti daha da çətinləşdirir. Əvvəllər "Qəzet şayiəsi" yaratmaq üçün peşəkar bacarıqlar lazım idisə, indi feyk yaratmaq üçün sadə bir tətbiq kifayətdir. Bəzi proqnozlara görə, yaxın gələcəkdə bütün onlayn-kontentin əksəriyyəti süni intellekt tərəfindən yaradıla bilər. Təəssüf ki, bu məzmunun əksəriyyətini təhrif olunmuş faktlar, sadə dillə desək, dezinformasiya və saxta məlumatlar təşkil edə bilər".

Özbəkistan Prezidenti Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiyalar Agentliyinin direktoru Asacan Xocayevin sözlərinə görə, artıq bir neçə ildir ki, Azərbaycan və Özbəkistanın media strukturları arasında əməkdaşlıqda müsbət dinamika müşahidə olunur:

“Hər iki Şuşa Qlobal Media Forumunda Özbəkistan mediasının nümayəndələri iştirak ediblər. Bundan əlavə, biz Türk Dövlətləri Təşkilatı (TDT) və Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) media platformaları çərçivəsində fəal əməkdaşlıq edirik”.

A.Xocayev hər iki ölkə əhalisinin media savadlılığının artırılması üçün prinsip və vasitələrin hazırlanmasının vacibliyini qeyd edib: “Etimad böhranı və çoxsaylı münaqişələr şəraitində süni intellektin və deepfake texnologiyalarının inkişafı dezinformasiya və saxta xəbərlərin yayılmasına şərait yaradır. Bununla əlaqədar olaraq, həqiqətə uyğun məlumatların hazırlanması və dezinformasiyaya qarşı mübarizə məqsədilə mütəmadi olaraq ekspert görüşlərinin keçirilməsi və s. təklif olunur. Bundan əlavə, sosial şəbəkələrdə və messencerlərdə dezinformasiyaların yayılmasının tənzimlənməsi üçün iri İT şirkətləri ilə görüşlər vacibdir”.

Özbəkistan Prezidentinin mətbuat katibi, Prezident Administrasiyası rəhbərinin müavini Şerzod Əsədov müasir dünyada dezinformasiyanın əhəmiyyətli dərəcədə inkişaf etdiyini qeyd edib. O bildirib ki, iki ölkənin media strukturları arasında əməkdaşlıq bu təzahürlə mübarizədə mühüm rol oynayır. Ş.Əsədov, TDT çərçivəsində birgə media platformasının yaradılması istiqamətində işlərin gücləndirilməsinin vacibliyini xüsusilə vurğulayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
Qəzza zolağında cəsədləri tapılan və dağıntılar altında qalanların sayı 43 mini keçə bilər
07:35
Senat Tramp administrasiyasına namizədləri tez bir zamanda təsdiq etmək niyyətindədir
07:32
Almaniyada kanslerin sözləri parlamentariləri güldürüb
07:30
Polşada prezident seçkilərinin tarixi 2025-ci il yanvarın əvvəlində məlum olacaq
07:29
Dünyada 820 milyondan çox insan diabetdən əziyyət çəkir
07:28
İsrail ordusunun itkiləri 792 nəfərə çatıb
01:52
Ronaldinyo COP29 məkanında AZCHEMCO pavilyonunu ziyarət edib
01:51
Borrell Qərbi Rusiyanın dondurulmuş aktivlərini müsadirə etməyə çağırıb
00:00
Polşanın şimalında ABŞ-nin raketdən müdafiə bazası açılıb
00:00
Trampın dörd əsas məsləhətçisinin adı açıqlanıb
00:00
Mark Rüttedən etiraf: Ukrayna Rusiya ilə cəbhədə məğlub olur
00:00
Daxili İşlər Nazirliyinin ciddi kadr problemlərinin olduğu göz qabağındadır
00:00
Türkiyə və Rusiya XİN rəhbərləri regional məsələləri müzakirə ediblər
00:00
Lavrov: Trampın gəlişi ABŞ-ın Ukraynadakı vəziyyətə münasibətini dəyişməyəcək
00:00
Senator Con Tun ABŞ Konqresinin yuxarı palatasında Respublikaçılar çoxluğun lideri seçilib
00:00
KİV: Tramp Ukrayna üzrə xüsusi elçi təyin etməyi planlaşdırır
00:00
Azərbaycan və BYD elektrikli avtobus istehsalının lokallaşdırılmasına dair sənəd imzalayıb
16:25
Azərbaycan Prezidenti Fransanın dənizaşırı ərazilərdə törətdiyi cinayətlərdən danışıb
16:19
Bakı və İrəvan arasında danışıqlara töhfə vermək üçün fəal rol oynamağa hazırıq
15:53
Bakıda COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) noyabrın 13-də Sammiti keçirilir
15:50