Şahin Mustafayev: Çindən Avropaya malların tədarükü üçün ən qısa yollar Azərbaycandan keçir
İQTİSADİYYAT
21:29
26.09.2024
Baxılıb: 1356
Şahin Mustafayev: Çindən Avropaya malların tədarükü üçün ən qısa yollar Azərbaycandan keçir

Çin Azərbaycanın əsas iqtisadi və ticarət tərəfdaşlarından biridir: bu ilin yanvar-iyul aylarında ticarət dövriyyəsinin həcmi 21 % artaraq 2 milyard ABŞ dolları təşkil edib.

“Report” xəbər verir ki, bunu Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev Çin Xalq Respublikasının yaradılmasının 75 illiyinə həsr olunmuş tədbirdə deyib.

O qeyd edib ki, ölkələr arasında investisiya sahəsində əməkdaşlıq intensiv şəkildə inkişaf edir: “Azərbaycanda Çin sərmayəli 256 kommersiya təşkilatı fəal şəkildə işləyir. Çin şirkətlərinin Azərbaycandakı əlverişli biznes mühitindən yararlana bilməsi üçün lazımi dəstəyi göstərməyə davam edəcəyik”.

Ş.Mustafayevin sözlərinə görə, tranzit daşımalar iki ölkə arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir. “Azərbaycanda tranzit potensialının artırılması üçün irimiqyaslı nəqliyyat infrastrukturu layihələri həyata keçirilib. Ölkəmizdən keçən nəqliyyat dəhlizləri, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu və digər layihələr Çindən Avropaya və əks istiqamətdə yüklərin çatdırılması üçün ən qısa və səmərəli marşrutları təşkil edir. Nəticədə Azərbaycan regionun əsas nəqliyyat qovşağına çevrilib”, - o bildirib.

Baş nazirin müavini xatırladıb ki, hazırda Çində Azərbaycanın altı ticarət evi və üç şərab evi fəaliyyət göstərir.
Onun sözlərinə görə, COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan Çinin iqlim dəyişikliyi ilə mübarizə təcrübəsi ilə də maraqlanır.
“Biz Çindən rəsmi nümayəndə heyətinin COP29-da iştirakını alqışlayırıq və iqlim dəyişikliyi ilə mübarizədə Çinin qabaqcıl təcrübələrində maraqlıyıq. Avtobusların yerli istehsalını təmin etmək üçün Çinin “BYD Company Limited” şirkəti ilə əməkdaşlığa başlanılıb, COP29 çərçivəsində elektriklə işləyən avtobusların idxalı və istismara verilməsi üzrə saziş imzalanıb. Əməkdaşlıq çərçivəsində həmçinin 2025-ci ildə ehtiyat hissələri də daxil olmaqla yerli istehsalın yaradılması, satınalmalara dövlət zəmanəti və birgə maliyyələşdirmə nəzərdə tutulur”, - Mustafayev qeyd edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
"Politico": Çin iqlim siyasəti yarışında ABŞ və Aİ-ni üstələyir
23:08
“İqtisadi fəaliyyət növləri üzrə vergi münasibətlərinin vahid standartları” yenidən təsdiq olunub
23:06
WP: Tramp ona qarşı ittiham irəli sürmüş prokurorun komandasını işdən çıxarmaq istəyir
22:53
Kyodo: Tokio hərbi-sənaye kompleksinin inkişaf strategiyasının hazırlanmasına başlayıb
22:45
Tramp maliyyə naziri vəzifəsinə investor Bessenti təklif edib
13:20
Aİ və Çin elektromobillərdə rüsumların ləğvi ilə bağlı razılığa yaxındırlar
11:10
Kanadada 9 ildə ən böyük qızılca alovlanması qeydə alınıb
03:38
Belçika səfirliyi COP29 barədə: İnanılmaz əməkdaşlığın şahidi olduq
02:42
Medvedev: Tramp Ukrayna münaqişəsinə son verə bilər
02:41
Afinadakı səfir Aqrobiznes Forumunda iştirakçılara COP29-un yekunları barədə məlumat verib
01:19
İstanbulda Azərbaycan vətəndaşında 70 kq qızıl aşkarlanıb
00:48
Paşinyan: İrəvan Bakıya Aİ missiyasının delimatasiya olunacaq ərazidə fəaliyyət göstərməməsini təklif edib
00:47
Trampın keçid komandası seçilmiş prezidentə qarşı işin dayandırıldığını açıqlayıb
00:29
Putin “Oreşnik” sisteminin seriyalı istehsalını elan edib
00:23
Azərbaycan “Şimal-Cənub” dəhlizinin bir hissəsinin bərpası çərçivəsində ADB ilə kredit sazişi imzalayıb
00:21
Qəzza zolağında cəsədləri tapılan və dağıntılar altında qalanların sayı 43 mini keçə bilər
07:35
Senat Tramp administrasiyasına namizədləri tez bir zamanda təsdiq etmək niyyətindədir
07:32
Almaniyada kanslerin sözləri parlamentariləri güldürüb
07:30
Polşada prezident seçkilərinin tarixi 2025-ci il yanvarın əvvəlində məlum olacaq
07:29
Dünyada 820 milyondan çox insan diabetdən əziyyət çəkir
07:28