Naxçıvanda “KOB FEST” sərgi-satış yarmarkası keçirilir
İQTİSADİYYAT
20:50
04.10.2024
Baxılıb: 1533
Naxçıvanda “KOB FEST” sərgi-satış yarmarkası keçirilir

Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində növbəti “KOB FEST” sərgi-satış yarmarkası keçirilir.

Bu barədə “Report” İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) istinadən xəbər verir.

Bildirilib ki, yarmarkada Naxçıvan şəhərindən və ətraf rayonlardan, eləcə də digər bölgələrdən 60-dan çox KOB subyektinin kənd təsərrüfatı və sənaye məhsulları, o cümlədən meyvə və tərəvəz, un məmulatları, tekstil, sərinləşdirici içkilər, arıçılıq məhsulları, xidmətlər, eləcə də sənətkarların və yaradıcı şəxslərin əl işləri təqdim edilir və satılır.

Yarmarkanın açılış mərasimində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, muxtar respublikasının iqtisadiyyat naziri vəzifələrini icra edən Abbas İsmayılov və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov çıxış ediblər.

Çıxışlarda Naxçıvanın iqtisadi potensialı, biznes və investisiya qoyuluşu imkanları barədə məlumat verilib, “KOB FEST” kimi tədbirlərin bölgəyə məxsus məhsulların tanıdılması, KOB-ların satış imkanlarının genişləndirilməsi və yerli sahibkarlar arasında əməkdaşlığın qurulması üçün əlverişli platforma olduğu qeyd edilib. “KOB FEST” çərçivəsində mədəni-əyləncəli proqram da təşkil olunub.

Sərgi-satış yarmarkası oktyabrın 6-dək hər gün saat 10:00-dan 18:00-dək fəaliyyət göstərəcək.

Qeyd edək ki, “KOB FEST” sərgi-satış yarmarkaları regionlarda fəaliyyət göstərən mikro və kiçik sahibkarların istehsal etdiyi məhsul və xidmətlərin tanıdılması, satışına dəstək olmaq məqsədilə keçirilir. Bu tədbir həmçinin, KOB subyektlərinə yeni əməkdaşlıqların qurulması, B2B görüşlərin keçirilməsi, mikro və kiçik sahibkarların satış bacarıqlarının inkişaf etdirilməsinə də öz töhfəsini verir. Naxçıvan şəhərindən əvvəl “KOB FEST” Bakı, Göygöl, Şəki, Gəncə və Masallı şəhərlərində keçirilib. Bu yarmarkalarda ümumilikdə 240-dan çox KOB subyektinin məhsul və xidmətlərinin satışına dəstək göstərilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
Qəzza zolağında cəsədləri tapılan və dağıntılar altında qalanların sayı 43 mini keçə bilər
07:35
Senat Tramp administrasiyasına namizədləri tez bir zamanda təsdiq etmək niyyətindədir
07:32
Almaniyada kanslerin sözləri parlamentariləri güldürüb
07:30
Polşada prezident seçkilərinin tarixi 2025-ci il yanvarın əvvəlində məlum olacaq
07:29
Dünyada 820 milyondan çox insan diabetdən əziyyət çəkir
07:28
İsrail ordusunun itkiləri 792 nəfərə çatıb
01:52
Ronaldinyo COP29 məkanında AZCHEMCO pavilyonunu ziyarət edib
01:51
Borrell Qərbi Rusiyanın dondurulmuş aktivlərini müsadirə etməyə çağırıb
00:00
Polşanın şimalında ABŞ-nin raketdən müdafiə bazası açılıb
00:00
Trampın dörd əsas məsləhətçisinin adı açıqlanıb
00:00
Mark Rüttedən etiraf: Ukrayna Rusiya ilə cəbhədə məğlub olur
00:00
Daxili İşlər Nazirliyinin ciddi kadr problemlərinin olduğu göz qabağındadır
00:00
Türkiyə və Rusiya XİN rəhbərləri regional məsələləri müzakirə ediblər
00:00
Lavrov: Trampın gəlişi ABŞ-ın Ukraynadakı vəziyyətə münasibətini dəyişməyəcək
00:00
Senator Con Tun ABŞ Konqresinin yuxarı palatasında Respublikaçılar çoxluğun lideri seçilib
00:00
KİV: Tramp Ukrayna üzrə xüsusi elçi təyin etməyi planlaşdırır
00:00
Azərbaycan və BYD elektrikli avtobus istehsalının lokallaşdırılmasına dair sənəd imzalayıb
16:25
Azərbaycan Prezidenti Fransanın dənizaşırı ərazilərdə törətdiyi cinayətlərdən danışıb
16:19
Bakı və İrəvan arasında danışıqlara töhfə vermək üçün fəal rol oynamağa hazırıq
15:53
Bakıda COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) noyabrın 13-də Sammiti keçirilir
15:50