Azərbaycanın qeyri-neft ixracının stimullaşdırılması məqsədilə vacib istiqamətdə layihələndirmələr həyata keçirilib.
"Report" xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin (DGK) birinci müavini Bəhruz Quliyev Bakıda "KOB-lar üçün imkanlar, mövcud vəziyyət və çağırışlar" mövzusunda keçirilən Azərbaycan Ticarət Forumunda deyib.
"Gömrük nəzarəti, rəsmiləşdirilməsi prosedurlarının tam avtomallaşdırılmasına nail olunub. Yeni çağırışlara cavab olaraq gömrük xidmətlərinin tam rəqəmsallaşdırılması və süni intelekt əsaslı layihələrin tətbiqi prioritet məsələlərdən biridir", - o qeyd edib.
Onun sözlərinə görə, ixracın təşviqi çərçivəsində qeyri-neft ixracının stimullaşdırılması, ölkə iqtisadiyyatına xarici investisiyaların cəlbi məqsədilə vacib istiqamətdə layihələndirmələr həyata keçirilib və yaxın günlərdə bu haqda məlumat veriləcək.