Macarıstan şirkəti TPAO ilə Xəzər regionunda kəşfiyyat və hasilat layihələrində əməkdaşlıq edəcək
İQTİSADİYYAT
12:36
17.10.2024
Baxılıb: 993
Macarıstan şirkəti TPAO ilə Xəzər regionunda kəşfiyyat və hasilat layihələrində əməkdaşlıq edəcək

Macarıstanın MOL şirkəti Xəzər regionunda kəşfiyyat və hasilat layihələrində Türkiyənin "Türkiye Petrolleri Anonim Ortaklığı" (TPAO) şirkəti ilə birgə iştirak etməyi planlaşdırır.

Bu barədə “Report” Macarıstan şirkətinin sosial şəbəkələrdəki məlumatına istinadən xəbər verir.

"MOL Group” yeni strateji tərəfdaşlıq sayəsində beynəlxalq portfelini gücləndirir. Biz TPAO ilə karbohidrogen kəşfiyyatı və hasilatı sahəsində gələcəkdə strateji tərəfdaşlar kimi qarşılıqlı dəstək üçün Anlaşma Memorandumu imzaladıq”, - məlumatda bildirilib.

Qeyd edilib ki, bu sənəd MOL-un "Shape Tomorrow" uzunmüddətli planına uyğundur: "Məqsədimiz növbəti 5 il ərzində gündəlik hasilat həcmini ən azı 90 min barel neft ekvivalenti səviyyəsində saxlamaqdır. Buna görə də kəşfiyyat və hasilat bölməmiz beynəlxalq portfelini daha da gücləndirmək üçün əlindən gələni edəcək".

MOL vurğulayıb ki, şirkət Mərkəzi və Şərqi Avropanın enerji təchizatının təhlükəsizliyinə və rəqabət qabiliyyətinə töhfə verməyə kömək edən strateji tərəfdaşlıq əlaqələri qurmağa çalışır.

“MOL Group”un icraçı vitse-prezidenti Jombor Marton sosial şəbəkələrdəki paylaşımında izah edib ki, bu Anlaşma Memorandumunun imzalanması ilə şirkətlər uzun illər ərzində birgə beynəlxalq layihələr çərçivəsində əməkdaşlığı yeni səviyyəyə qaldırmaq barədə razılığa gəliblər.

"Biz Türkiyədə geoloji kəşfiyyat sahəsində və digər regionlarda potensial layihələrdə tərəfdaşlıq barədə razılığa gəldik: Xəzər regionunda, Şimali Afrikada və Yaxın Şərqdə, həmçinin Mərkəzi və Şərqi Avropada kəşfiyyat və hasilat layihələrində mümkün birgə iştirak”, - deyə, o qeyd edib.

Hazırda MOL və TPAO Azərbaycanda "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun və Bakı-Tbilisi-Ceyhan neft kəmərinin işlənməsi layihəsinin səhmdarlarıdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
"Politico": Çin iqlim siyasəti yarışında ABŞ və Aİ-ni üstələyir
23:08
“İqtisadi fəaliyyət növləri üzrə vergi münasibətlərinin vahid standartları” yenidən təsdiq olunub
23:06
WP: Tramp ona qarşı ittiham irəli sürmüş prokurorun komandasını işdən çıxarmaq istəyir
22:53
Kyodo: Tokio hərbi-sənaye kompleksinin inkişaf strategiyasının hazırlanmasına başlayıb
22:45
Tramp maliyyə naziri vəzifəsinə investor Bessenti təklif edib
13:20
Aİ və Çin elektromobillərdə rüsumların ləğvi ilə bağlı razılığa yaxındırlar
11:10
Kanadada 9 ildə ən böyük qızılca alovlanması qeydə alınıb
03:38
Belçika səfirliyi COP29 barədə: İnanılmaz əməkdaşlığın şahidi olduq
02:42
Medvedev: Tramp Ukrayna münaqişəsinə son verə bilər
02:41
Afinadakı səfir Aqrobiznes Forumunda iştirakçılara COP29-un yekunları barədə məlumat verib
01:19
İstanbulda Azərbaycan vətəndaşında 70 kq qızıl aşkarlanıb
00:48
Paşinyan: İrəvan Bakıya Aİ missiyasının delimatasiya olunacaq ərazidə fəaliyyət göstərməməsini təklif edib
00:47
Trampın keçid komandası seçilmiş prezidentə qarşı işin dayandırıldığını açıqlayıb
00:29
Putin “Oreşnik” sisteminin seriyalı istehsalını elan edib
00:23
Azərbaycan “Şimal-Cənub” dəhlizinin bir hissəsinin bərpası çərçivəsində ADB ilə kredit sazişi imzalayıb
00:21
Qəzza zolağında cəsədləri tapılan və dağıntılar altında qalanların sayı 43 mini keçə bilər
07:35
Senat Tramp administrasiyasına namizədləri tez bir zamanda təsdiq etmək niyyətindədir
07:32
Almaniyada kanslerin sözləri parlamentariləri güldürüb
07:30
Polşada prezident seçkilərinin tarixi 2025-ci il yanvarın əvvəlində məlum olacaq
07:29
Dünyada 820 milyondan çox insan diabetdən əziyyət çəkir
07:28