Noyabrın 1-dən etibarən Rusiya Dünya Bankında (DB) Belarusun maraqlarını təmsil etməyə başlayacaq.
Bu barədə Dünya Bankının Rusiya üzrə icraçı direktoru Roman Marşavin məlumat verib.
Belarusu indiyədək bankda Türkiyə-Belçika müdirliyi təmsil edirdi. Minskin təşəbbüsü ilə bu vəziyyət dəyişib.
2014-cü ildən bəri Rusiyanın Dünya Bankındakı direktorluğu Suriyanın da maraqlarını təmsil edir.
Dünya Bankı 2022-ci ilin martında Qərbin tələbi ilə Ukrayna ətrafındakı vəziyyətlə əlaqədar Belarusdakı bütün proqramlarını dayandıracağını elan edib, 2020-ci ilin ortalarından Minskə yeni kreditlər ayırmayıb.