Saymon Stil: Bu günə qədər yaşıl enerjiyə investisiyalar 2 trilyon dollar təşkil edir
İQTİSADİYYAT
15:03
11.11.2024
Baxılıb: 551
Saymon Stil: Bu günə qədər yaşıl enerjiyə investisiyalar 2 trilyon dollar təşkil edir

Dünyadakı böhranlar hər kəsin həyatına birbaşa və bilavasitə təsir göstərir və təbii ki, təkcə COP ilə bunları həll edə bilmərik.

Bunu BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin Konfransının (COP29) açılışında deyib.

O qeyd edib ki, Bakıya məhz çıxış yollarını düşünmək üçün toplaşıblar:

“Əgər dünyanın əksər ölkələri emissiyanı azalda bilmirsə, bunu hamımız birlikdə etməliyik. İqlim dəyişikliyi ilə mübarizəyə ayrılan vəsaitə zəngin ölkələr də kömək etməlidir. Bu günə qədər yaşıl enerjiyə investisiyalar 2 trilyon dollar təşkil edir ki, bu da ənənəvi qalıq yanacağa yatırılan investisiyadan iki dəfə çoxdur. Əsas məqsədimiz bu vəsaiti toplamaq və onu bərabər paylamaqdır”.

S.Stil vurğulayıb ki, bu il bütün ölkələr üçüncü nəsil iqlim dəyişikliyi ilə bağlı öhdəlikləri təqdim edəcək.

“Biz də bütün maraqlı tərəfləri səfərbər edəcəyik. Hədəflərimizi planlaşdırmalı, bunu ölçmək lazımdır. Konfransda iştirak edən bütün tərəflər birlikdə hərəkət etməlidir ki, sonda müsbət nəticə əldə edilsin. Gəlin birləşərək fəaliyyət göstərək”, - o deyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
"Politico": Çin iqlim siyasəti yarışında ABŞ və Aİ-ni üstələyir
23:08
“İqtisadi fəaliyyət növləri üzrə vergi münasibətlərinin vahid standartları” yenidən təsdiq olunub
23:06
WP: Tramp ona qarşı ittiham irəli sürmüş prokurorun komandasını işdən çıxarmaq istəyir
22:53
Kyodo: Tokio hərbi-sənaye kompleksinin inkişaf strategiyasının hazırlanmasına başlayıb
22:45
Tramp maliyyə naziri vəzifəsinə investor Bessenti təklif edib
13:20
Aİ və Çin elektromobillərdə rüsumların ləğvi ilə bağlı razılığa yaxındırlar
11:10
Kanadada 9 ildə ən böyük qızılca alovlanması qeydə alınıb
03:38
Belçika səfirliyi COP29 barədə: İnanılmaz əməkdaşlığın şahidi olduq
02:42
Medvedev: Tramp Ukrayna münaqişəsinə son verə bilər
02:41
Afinadakı səfir Aqrobiznes Forumunda iştirakçılara COP29-un yekunları barədə məlumat verib
01:19
İstanbulda Azərbaycan vətəndaşında 70 kq qızıl aşkarlanıb
00:48
Paşinyan: İrəvan Bakıya Aİ missiyasının delimatasiya olunacaq ərazidə fəaliyyət göstərməməsini təklif edib
00:47
Trampın keçid komandası seçilmiş prezidentə qarşı işin dayandırıldığını açıqlayıb
00:29
Putin “Oreşnik” sisteminin seriyalı istehsalını elan edib
00:23
Azərbaycan “Şimal-Cənub” dəhlizinin bir hissəsinin bərpası çərçivəsində ADB ilə kredit sazişi imzalayıb
00:21
Qəzza zolağında cəsədləri tapılan və dağıntılar altında qalanların sayı 43 mini keçə bilər
07:35
Senat Tramp administrasiyasına namizədləri tez bir zamanda təsdiq etmək niyyətindədir
07:32
Almaniyada kanslerin sözləri parlamentariləri güldürüb
07:30
Polşada prezident seçkilərinin tarixi 2025-ci il yanvarın əvvəlində məlum olacaq
07:29
Dünyada 820 milyondan çox insan diabetdən əziyyət çəkir
07:28