Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 106,45 min ton pambıq mahlıcı ixrac edib
İQTİSADİYYAT
18:43
12.11.2024
Baxılıb: 338
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 106,45 min ton pambıq mahlıcı ixrac edib

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 106,45 min ton pambıq mahlıcı ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə çoxdur.

Bu barədə Kənd Təsərrüfatı Nazirliyi xəbər verir.

Məlumata görə, son 1 ildə ixrac olunan pambıq mahlıcının dəyəri isə 1,6 dəfə artaraq 160,417 milyon ABŞ dolları təşkil edib.

"Hazırda respublikada pambıq yığımı davam edir. Noyabrın 11-nə olan operativ məlumata görə, sahələrdən kondisiya çəkidə 168 086 ton pambıq yığılaraq tədarük məntəqələrinə təhvil verilib. Respublika üzrə pambığın orta məhsuldarlığı 16,35 sent/ha təşkil edir.

Bu il 15 rayonda pambıq əkilib. Ən çox pambıq əkini Ağcabədi rayonunda (13 112 hektar) qeydə alınıb. Orta məhsuldarlığa görə birinci yerdə isə Neftçala rayonudur (25,33 sentner).

Azərbaycanda pambıq əkinlərini dövlət subsidiyalaşdırır. Aqrar Subsidiya Şurasının qərarına əsasən, növbəti təsərrüfat ilində müasir suvarma sistemləri ilə təmin olunmuş sahələrdə becərilən pambığın hər tonuna görə fermerlərə 210 manat məhsul subsidiyası veriləcək. Müasir suvarma sistemləri qurulmamış sahələrdə becərilən pambıq üçün məhsul subsidiyası 190 manat/ton təşkil edəcək. Pambıq üzrə məhsul subsidiyası yalnız Ağcabədi, Ağdam, Ağsu, Beyləqan, Bərdə, Biləsuvar, Cəbrayıl, Cəlilabad, Füzuli, Goranboy, Hacıqabul, İmişli, Kürdəmir, Neftçala, Saatlı, Sabirabad, Salyan, Samux, Tərtər, Ucar, Yevlax, Zərdab rayonları və Naftalan ərazisində becərilən pambığa görə verilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
Qəzza zolağında cəsədləri tapılan və dağıntılar altında qalanların sayı 43 mini keçə bilər
07:35
Senat Tramp administrasiyasına namizədləri tez bir zamanda təsdiq etmək niyyətindədir
07:32
Almaniyada kanslerin sözləri parlamentariləri güldürüb
07:30
Polşada prezident seçkilərinin tarixi 2025-ci il yanvarın əvvəlində məlum olacaq
07:29
Dünyada 820 milyondan çox insan diabetdən əziyyət çəkir
07:28
İsrail ordusunun itkiləri 792 nəfərə çatıb
01:52
Ronaldinyo COP29 məkanında AZCHEMCO pavilyonunu ziyarət edib
01:51
Borrell Qərbi Rusiyanın dondurulmuş aktivlərini müsadirə etməyə çağırıb
00:00
Polşanın şimalında ABŞ-nin raketdən müdafiə bazası açılıb
00:00
Trampın dörd əsas məsləhətçisinin adı açıqlanıb
00:00
Mark Rüttedən etiraf: Ukrayna Rusiya ilə cəbhədə məğlub olur
00:00
Daxili İşlər Nazirliyinin ciddi kadr problemlərinin olduğu göz qabağındadır
00:00
Türkiyə və Rusiya XİN rəhbərləri regional məsələləri müzakirə ediblər
00:00
Lavrov: Trampın gəlişi ABŞ-ın Ukraynadakı vəziyyətə münasibətini dəyişməyəcək
00:00
Senator Con Tun ABŞ Konqresinin yuxarı palatasında Respublikaçılar çoxluğun lideri seçilib
00:00
KİV: Tramp Ukrayna üzrə xüsusi elçi təyin etməyi planlaşdırır
00:00
Azərbaycan və BYD elektrikli avtobus istehsalının lokallaşdırılmasına dair sənəd imzalayıb
16:25
Azərbaycan Prezidenti Fransanın dənizaşırı ərazilərdə törətdiyi cinayətlərdən danışıb
16:19
Bakı və İrəvan arasında danışıqlara töhfə vermək üçün fəal rol oynamağa hazırıq
15:53
Bakıda COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) noyabrın 13-də Sammiti keçirilir
15:50