Çin hakerlərinin ABŞ prezidentliyinə respublikaçı namizəd Donald Trampın müşavirlərindən biri də daxil olmaqla, bu ölkə siyasətçilərinin telefon danışıqlarını ələ keçirdikləri iddia edilir.
Bu barədə " The Washington Post" qəzeti mənbələrə istinadən məlumat yayıb.
Vəziyyətlə tanış olan üç mənbənin sözlərinə görə, hakerlər ÇXR hökuməti ilə əlaqəli olduğu iddia edilən “Salt Typhoon” qruplaşması ilə əlaqəlidirlər. Mənbələrin sözlərinə görə, onlar telefon danışıqlarının səs yazılarına və şifrələnməmiş mətn mesajlarına daxil ola biliblər. ABŞ hakimiyyəti hələ də hakerlərin əlinə neçə mesaj və yazışmanın düşdüyünü öyrənməyə çalışır.