ABŞ Koreya yarımadasının tam nüvəsizləşdirilməsini davam etdirmək niyyətindədir.
Bunu Vaşinqtonda ABŞ-ın xarici siyasət və hərbi idarə rəhbərlərinin iştirakı ilə “2+2” formatında danışıqların yekunlarına dair birgə mətbuat konfransında çıxış edən ABŞ dövlət katibi Entoni Blinken deyib.
Dövlət katibi vurğulayıb: “Bizim siyasətimiz dəyişməz olaraq alacaq: Koreya yarımadasının tam nüvəsizləşdirilməsi”.
Koreya Respublikasının Xarici İşlər Naziri Ço Tae Yeol də analoji məzmunda danışıb: “Biz KXDR-in tam nüvəsizləşdirilməsi məqsədini bir daha təsdiqlədik. Birləşmiş Ştatlar cari görüşdə Koreya Respublikasına qarşı genişlənmiş çəkindirmə tədbirlərinə sarsılmaz sadiqliyini bir daha təsdiqləyib. KXDR tərəfindən Koreya Respublikasına edilən istənilən nüvə hücumu sürətli, böyük və qətiyyətli cavabla qarşılanacaq”.