Belçika Ukraynaya dəstək üçün 1,7 milyard avro məbləğində xüsusi fond yaradıb və bu fond ölkədə dondurulmuş Rusiya aktivlərinin vergiyə cəlb edilməsi hesabına doldurulacaq. Bu barədə Belçikanın Baş naziri Aleksandr de Kroo bildirib.
Qeyd etmək lazımdır ki, bir müddət əvvəl Belçikanın müdafiə naziri bəyan etmişdi ki, 2025-ci ildən etibarən Belçika Ukraynaya bir neçə F-16 döyüş təyyarəsi göndərəcək.