Səslərin 98%-nin hesablanmasından sonra Geert Wilders-in ifrat sağçı Azadlıq Partiyası (PVV) Hollandiya parlamentindəki 150 yerdən 37-ni qazandığı məlum olub.
Vildersin qələbəsinin Hollandiya və Avropa İttifaqı üçün böyük nəticələri olacağı gözlənilir. Belə ki, Vilders Avropa İttifaqına qarşı olan bir siyasətçidir.
Vilder çıxışları zamanı Niderlanda bütün immiqrasiyanı dayandıracağını, Niderlandın Avropa ittifaqına etdiyi ödənişlərini kəsəcəyini və Ukrayna da daxil olmaqla yeni üzvlərin girişini əngəlləyəcəyini vəd edib.
Baxmayaraq ki, Vilder səslərin çoxunu əldə edib, bu o demək deyil ki, o höküməti qurmağı bacaracaq. Belə ki, 2021-ci il seçkilərindən sonra höküməti qurmağa 270 gündən artıq vaxt lazım olmuşdu.
Bu seçki nəticəsi, bir daha avropada ifrat sağın yenidən dirçələcəyinə işarə edir.
Geert Wilders-in anti-islam, anti-immiqrant və anti-Avropa İttifaqı mesajlarına görə, ona Niderlandın Trumpı deyirlər.