Fuad Hüseynəliyev: Ermənistan xarici aktorlar üçün qarşıdurma meydanına çevrilir
SİYASƏT
18:56
17.09.2024
Baxılıb: 2323
Fuad Hüseynəliyev: Ermənistan xarici aktorlar üçün qarşıdurma meydanına çevrilir

Azərbaycanla hərtərəfli sülh, Türkiyə ilə münasibətlərin normallaşması və regional kommunikasiyaların açılması Ermənistanın xarici oyunçuların təsirindən qurtulmağı üçün yeganə yoldur.

Bunu CBC telekanalına müsahibəsində “Report” İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev deyib.

“Ümumiyyətlə, hazırda regionumuzda çox maraqlı bir oyun gedir. Bu oyunda bəziləri gizli, bəziləri isə açıq şəkildə olmaqla bir çox beynəlxalq aktyorlar iştirak edir. Açıq oyun sərgiləyən aktorlar arasında Ermənistan trekində çox fəal şəkildə irəliləyən, bu ölkədə dominant mövqe tutmağa çalışan Fransanı, gizli oyunçulardan isə həm ABŞ-ni, həm də Rusiyanı qeyd etmək olar”, - o bildirib.

F.Hüseynəliyevin sözlərinə görə, Paşinyan hökumətinin anti-Rusiya ritorikasına baxmayaraq, Rusiya Ermənistana qarşı heç bir xüsusi tədbir görməyib, əksinə, reallıqda bu ölkələr arasında ticarət dövriyyəsində böyük artım var.

“Belə başa düşürəm ki, bu, ilk növbədə, Qərbin sanksiyalarından yayınma ilə bağlıdır. Lakin Qərb ölkələrinin özləri də buna göz yumur. Bu, nə ABŞ-ni, nə Avropanı, o cümlədən də nə Fransanı, nə də başqa ölkələri narahat etmir. Paşinyan bir tərəfdən Rusiyanın təsirindən uzaqlaşmaq niyyətində olduğunu, digər tərəfdən isə Qərb üçün dayaq nöqtəsi olacağını deyir. İndi Ermənistan fəal şəkildə Qərb silahları ilə təmin edilir, yeri gəlmişkən, bizim ayrı-ayrı saytlarımızın da xəbər verdiyi kimi, Rusiya silahlarının da bu ölkəyə tədarükünə başlanılıb”, - o söyləyib.

Agentliyin direktorunun fikrincə, Ermənistan başqa sahələrdə tamamilə fərqli mövqelər tutan ölkələrin maraqlarının üst-üstə düşdüyü düyünə çevrilir.

“Bu şəraitdə Ermənistanın gələcəyi o qədər də yaxşı görünmür. ABŞ və Avropa kimi müxtəlifqütblü oyunçular, yəni bir tərəfdən Qərb, digər tərəfdən isə Rusiya Federasiyası bir ölkədə cəmləşdikdə düşünmürəm ki, bu, nəinki uzunmüddətli, hətta ortamüddətli perspektivdə belə yaxşı nəticəyə gətirib çıxarsın”, - o qeyd edib.

F.Hüseynəliyev onu da əlavə edib ki, Paşinyan Rusiyanın iştirakından son dərəcə asılı olan Ermənistanı üçüncü oyunçuların təsirindən tamamilə azad görmək istəyi ilə bağlı verdiyi açıqlamaların əksinə olaraq, Qərb oyunçularını dəvət edir, həmçinin Qərb silahları alır.

“Təbii ki, bu, hansısa mərhələdə partlayış təhlükəli vəziyyətə gətirib çıxaracaq. Xarici aktorların təsirindən tam müstəqil olmağın yolu Azərbaycanla hərtərəfli sülh, Türkiyə ilə münasibətlərin normallaşması və regional kommunikasiyaların açılmasından keçir. Bütün bunlar həqiqətən də Ermənistanın tamhüquqlu ölkə kimi inkişafına yol açacaq. Amma bu gün biz bunun üçün ilkin şərtləri görmürük, əksinə, Ermənistan oyunda daha dərinə gedir və xarici aktorlar üçün döyüş meydanına çevrilir”, - o vurğulayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
"Politico": Çin iqlim siyasəti yarışında ABŞ və Aİ-ni üstələyir
23:08
“İqtisadi fəaliyyət növləri üzrə vergi münasibətlərinin vahid standartları” yenidən təsdiq olunub
23:06
WP: Tramp ona qarşı ittiham irəli sürmüş prokurorun komandasını işdən çıxarmaq istəyir
22:53
Kyodo: Tokio hərbi-sənaye kompleksinin inkişaf strategiyasının hazırlanmasına başlayıb
22:45
Tramp maliyyə naziri vəzifəsinə investor Bessenti təklif edib
13:20
Aİ və Çin elektromobillərdə rüsumların ləğvi ilə bağlı razılığa yaxındırlar
11:10
Kanadada 9 ildə ən böyük qızılca alovlanması qeydə alınıb
03:38
Belçika səfirliyi COP29 barədə: İnanılmaz əməkdaşlığın şahidi olduq
02:42
Medvedev: Tramp Ukrayna münaqişəsinə son verə bilər
02:41
Afinadakı səfir Aqrobiznes Forumunda iştirakçılara COP29-un yekunları barədə məlumat verib
01:19
İstanbulda Azərbaycan vətəndaşında 70 kq qızıl aşkarlanıb
00:48
Paşinyan: İrəvan Bakıya Aİ missiyasının delimatasiya olunacaq ərazidə fəaliyyət göstərməməsini təklif edib
00:47
Trampın keçid komandası seçilmiş prezidentə qarşı işin dayandırıldığını açıqlayıb
00:29
Putin “Oreşnik” sisteminin seriyalı istehsalını elan edib
00:23
Azərbaycan “Şimal-Cənub” dəhlizinin bir hissəsinin bərpası çərçivəsində ADB ilə kredit sazişi imzalayıb
00:21
Qəzza zolağında cəsədləri tapılan və dağıntılar altında qalanların sayı 43 mini keçə bilər
07:35
Senat Tramp administrasiyasına namizədləri tez bir zamanda təsdiq etmək niyyətindədir
07:32
Almaniyada kanslerin sözləri parlamentariləri güldürüb
07:30
Polşada prezident seçkilərinin tarixi 2025-ci il yanvarın əvvəlində məlum olacaq
07:29
Dünyada 820 milyondan çox insan diabetdən əziyyət çəkir
07:28