Dünən axşam saatlarında Brüsselin mərkəzində naməlum şəxs iki isveçlini silahla qətlə yetirib, bundan sonra Avro-2024-ün seçmə futbol turnirində Belçika - İsveç matçı birinci hissədən sonra dayandırılıb.
Belçika rəsmiləri təhlükəsizlik səbəbi ilə 35 minə yaxın futbol azarkeşinin bir neçə saat ərzində stadionu tərk etməsinə icazə verməyib. Hadisənin terror məqsədilə törədildiyi istisan edilmir.