Şəmkir rayonunun Aşağı Seyfəli kənd sakini 1999-cu il təvəllüdü Zəhra Əhmədovanın öldürülməyə cəhd edilməsi faktı ilə bağlı Şəmkir rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.
İstintaqla, 1990-cı il təvəllüdlü Əfsun Əhmədovun aralarında yaranmış mübahisə səbəbindən arvadı Zəhra Əhmədovaya ov silahı ilə atəş açaraq onu öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib. Əfsun Əhmədova Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddələri ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.