Qazaxıstan və Monqolustan Orta Dəhliz və “Şimal-Cənub” dəhlizinin inkişafını müzakirə edib
REGİONAL MƏTBUAT
13:36
29.10.2024
Baxılıb: 165
Qazaxıstan və Monqolustan Orta Dəhliz və “Şimal-Cənub” dəhlizinin inkişafını müzakirə edib

Qazaxıstan beynəlxalq dəhlizlərin, o cümlədən Orta Dəhlizin rəqabət qabiliyyətini artırmaq üçün qonşu ölkələrlə nəqliyyat əlaqələrinin təkmilləşdirilməsini vacib hesab edir.

Bunu Kasım-Jomart Tokayev Monqolustan Prezidenti Uxnaaqiyn Xurelsux ilə birgə keçirdiyi brifinqdə deyib.

K.Tokayev bildirib ki, monqolustanlı həmkarı ilə danışıqlardan sonra iqtisadi-ticarət və mədəni-humanitar əməkdaşlığın dərinləşdirilməsinə dair razılaşmalar əldə olunub.

“Ümumiyyətlə, danışıqların çox uğurlu keçdiyini söyləmək üçün hər cür əsas var. Biz iqtisadi əlaqələri intensivləşdirməklə bağlı razılığa gəldik. Qazaxıstan və Monqolustan Asiyanın ən böyük ölkələrindəndir və buna görə də qarşılıqlı ticarət müvafiq miqyasda olmalıdır. Ötən il ticarət dövriyyəsinin həcmi 150 milyon ABŞ dollarına çatıb. Yaxın gələcəkdə bu rəqəmin 500 milyon ABŞ dollarına çatdırılması planlaşdırılır. Bu gün biz Ticarət və iqtisadi əməkdaşlığın inkişafına dair Yol Xəritəsi imzaladıq”, - o qeyd edib.

Qazaxıstan liderinin sözlərinə görə, danışıqlar zamanı nəqliyyat və logistika məsələlərinə toxunulub.

“Ən mühüm vəzifələrdən biri beynəlxalq dəhlizlərin rəqabət qabiliyyətinin artırılmasıdır. Bunun üçün dövlətlərimiz arasında və üçüncü ölkələrlə nəqliyyat əlaqələrini yaxşılaşdırmaq lazımdır. Bu, dövlətlərimizin ərazisindən yükdaşımaların həcmini artırmağa kömək edəcək. Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) və “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizindən səmərəli istifadə etmək vacibdir”, - o hesab edir.

 
Digər xəbərlər
SON XƏBƏRLƏR
Türkiyədən Pakistana uçan təyyarə Bakıya məcburi eniş edib
09:30
Britaniya müdafiəyə əlavə 3,7 milyard dollar ayıracaq
09:28
Kommunal işçilərin tətili Marselin küçələrində tullantıların yığılmasına səbəb olub
09:27
“Şençjou-19” təyin olunmuş orbitə çıxıb
09:24
ABŞ Danimarkaya 744 milyon dollar dəyərində hava – hava sinifli raketlərin satışını təsdiqləyib
09:20
İsrail Baş Qərargahı İranın yeni hücumu olacağı təqdirdə cavab zərbəsi barədə xəbərdarlıq edib
09:20
Rusiya XİN: Moskva və Ankara arasında müxtəlif sahələrdə qarşılıqlı əlaqələr strateji perspektivlərə yol açır
09:17
Avropa Komissiyası Çindən Aİ-yə elektromobil idxalına 35 %-dək rüsum təsdiqləyib
09:16
Kadırov Çeçenistana dron hücumu nəticəsində ukraynalı əsirlərin zərər çəkdiyini iddia edib
09:14
Dövlət Departamenti İsraili UNRWA-i qadağan edən qanunun icrasının nəticələri barədə xəbərdar edib
09:12
BMT TŞ-nin üzvləri İsraili UNRWA-in fəaliyyətini qadağan edən qanuna görə tənqid edib
09:10
Londonda 22 ton çeddar pendiri oğurlanıb
01:14
„Mənim işə getmək həvəsim yoxdur“ mübahisəsi
01:04
Belçikada proqram təminatı sənayesi daralır
01:02
Hollandiya noyabr ayından etibarən sərhəd nəzarətinə başlayacaq
00:57
Avstriyada silahlı hücum: Bələdiyyə sədri öldürüldü
00:55
Ermənilər Atatürkün büstünə etiraz ediblər
00:48
“Prezident hökuməti istefaya məcbur etməlidir”
00:43
“Türinqiyada minlərlə ifrat sağçı ekstremist var”
00:39
Aİ ölkələrində elektrik və təbii qaz qiymətləri artıb
00:28